İtaliyada qazlı içkilərə vergi qoyulması müzakirə olunur

2019.09.30 11:52 (UTC+04:00)

Baş nazir Cüzeppe Konte bəyan edib ki, İtaliya hökuməti hələ qazlı sərinləşdirici içkilərə və "bulka"ya vergi qoyulması barədə qərara gəlməyib, məsələ ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, əvvəllər təhsil naziri Lorentso Foramonti belə bir təşəbbüs irəli sürmüşdü. Onun təklifinə görə, bu vergidən əldə ediləcək vəsait ölkənin təhsil sisteminin ehtiyaclarına yönəldilməlidir.