Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2.138,7 min nəfər, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir. Məlumata görə, qonaqlar bu ilin 8 ayında bank kartları ilə 862,9 milyon manatlıq əməliyyat aparıb. Bu rəqəm təkcə avqust ayında isə 137,4 milyon manat olub.