Hazırda Azərbaycanda Almaniya kapitallı 154 şirkət fəaliyyət göstərir. Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib. Nazir müavini qeyd edib ki, cari ilin 7 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.