Gürcüstan Xarici işlər naziri David Zalkaliani ilə Rumıniya Xarici işlər naziri Romana Manesku arasında görüş olub. Görüşdə Gürcüstan-Rumıniya-Azərbaycan-Türkiyə dördlüyünün daşımalar və tranzit sahəsində qəbul etdiyi bəyannamə müsbət qiymətləndirilib və sənədin tətbiqi müzakirə edilib.
XİN başçıları ölkələr arasında yük trafikinin artırılması məsələsini də müzakirə ediblər.