Azərbaycanda 340-dan çox sahibkarlıq subyektinə 405 investisiya təşviqi verilib

2019.09.27 10:38 (UTC+04:00)

Azərbaycanda investisiya təşviqi mexanizmi çərçivəsində indiyədək 340-dan çox sahibkarlıq subyektinə 405 investisiya təşviqi verilib ki, bunun da nəticəsində 3,8 mlrd. manatdan çox investisiyanın yatırılması və 27 mindən çox yeni iş yerin açılması nəzərdə tutulur. "APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, investisiyaya dəyəri 2,5 mlrd. manatdan çox olan 260-a yaxın sahibkarlıq subyektləri üzrə 270 investisiya layihəsi artıq fəaliyyətə başlayıb və 19 mindən çox yeni iş yeri yaradılıb: "İnvestisiya təşviqi sənədini alan 350 sahibkara dəyəri 900 mln. manatdan çox olan texnika və texnoloji avadanlığın idxalı üçün 240 mln. manatadək güzəşt verilib".