Cari ildə sahibkarlara 7,1 milyon manat ixrac təşviqi ödənilib

2019.09.26 16:35 (UTC+04:00)

Bu il sahibkarlara 7 milyon 110 min manat ixrac təşviqi ödənilib. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, indiyədək sahibkarlara ödənilmiş ixrac təşviqinin məbləği 15 milyon manatdan çoxdur.