İnşaat işlərinin 83,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər

2019.09.26 16:19 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 66,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,1 faizini cari təmir, 21,6 faizini isə digər tikinti işləri təşkil edib. Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə ümumi inşaat işlərinin 83,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.