Bu ilin 8 ayında ölkədən 592 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz çoxdur. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib: "Yanvar-avqust aylarında emal olunmuş kənd təsərrüfatı məhsullarının ixracı isə 29,5 faiz artaraq 122 milyon dollar təşkil edib".