Yaradıldığı gündən bu vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) idarəetmədən, yəni fondun sırf fəaliyyətindən asılı olan gəlirləri 6,2 milyard ABŞ dolları təşkil edib. Bu barədə Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Bakıda keçirilən "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfransda deyib.