Latviyada ƏDV və gəlir vergisi kəsirdə qalıb

2019.09.26 13:42 (UTC+04:00)

Latviyanın vergi orqanları bu ilin ilk səkkiz ayının nəticələrinə görə əlavə dəyər vergisinin (ƏDV) və gəlir vergisinin yığımında kəsir qeydə alıblar. Yığılmış ƏDV məbləği 1685 avro olub ki, bu da nəzərdə tutulduğundan 0,7 faiz azdır. Gəlir vergisi üzrə yığım isə 18,088 milyon avro olub ki, bu da planlaşdırılmış məbləğin cəmi 14,3 faizini təşkil edir. Latviyanın dövlət vergi xidmətindən bildirilib ki, son dövrlər müşahidə olunan çatışmazlıqlar vergilərin müəssisələrə qaytarılması ilə bağlıdır. Ümumilkdə isə yığılan vergilərin məbləği planlaşdırılmış məbləğlərdən çoxdur. Səkkiz ay ərzində dövlət büdcəsinə bütün növ vergi və aksizlərdən 6,446 milyard avro vəsait daxil olub ki, bu da gözləniləndən 0,3 faiz artıqdır.