Tezliklə Azərbaycana alıcı missiyaları təşkil ediləcək

2019.09.26 12:50 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Yusif Abdullayev jurnalistlərə açıqlamasında bu ilin oktyabr ayından etibarən Azərbaycana alıcı missiyaları təşkil olunacağını bildirib.

Onun sözlərinə görə, 22-25 oktyabr tarixləri arasında Rusiyadan alıcı missiyasının təşkili nəzərdə tutulur: "Daha çox qida məhsulları, spirtli içkilər, şərab alışı ilə məşğul olan distribütorların, Rusiya idxalçılarının Azərbaycana gəlişi nəzərdə tutulur".

"Azpromo"nun rəhbəri bildirib ki, qeyd olunan müddət ərzində bir neçə ölkədən – Gürcüstan, Rusiya, Özbəkistan, İrandan alıcıların gəlişi nəzərdə tutulur. Bu da tikinti və sənaye məhsullarına həsr olunan alıcı missiyası olacaq: "Noyabr ayının sonunda 3-cü alıcı missiyası çərçivəsində Almaniya və Polşadan alıcıların gəlişi nəzərdə tutulur. Burada daha çox kənd təsərrüfatı məhsullarının alıcılarının gəlişi nəzərdə tutulur".