Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,9 faiz artaraq 3.381,7 mln. manat olub. "APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2.722,5 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 80,5 faizini təşkil edib.