Bu ilin yanvar-avqust aylarında Bakının iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 668,7 mln. manat olub. "APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, dövriyyənin 45,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-avqust aylarına nisbətən 0,1 faiz artaraq 302,8 mln. manat təşkil edib.