"Vergi dərsi" başlayır

2019.09.26 11:00 (UTC+04:00)

"vergiler.az" saytı görüşünüzə "Vergi dərsi" adlı yeni rubrika ilə gəlir. Rubrikada vergilərlə bağlı cəmiyyət arasında maraq doğuran məsələlərə bütün təfərrüatları ilə aydınlıq gətiriləcək. Vergilər mövzusunu bütün istiqamətləri ilə sadədən mürəkkəbə öyrənmək istəyən vergi ödəyiciləri, tələbələr və digər maraqlanan şəxslər bu rubrika vasitəsilə daha ç çox təcrübi biliklərə yiyələnəcək, məlumat əldə edə biləcəklər.

Saytımızda indiyədək istifadəyə verilmiş "Ekspert baxışı", "Sual-cavab", "Rəsmi cavab" kimi maarifləndirici rubrikalar geniş izləyici kütləsi toplayıb. Ümidvarıq ki, izləyicilərimiz "Vergi dərsi"ndə fəal iştirak edəcəklər.