Paytaxtda ticarət dövriyyəsi 3,2 faiz artaraq 13 milyard manatı ötüb

2019.09.26 09:58 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Bakının ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 13.141,4 mln. manat olub. "APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5.918,1 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 7.223,3 mln. manata bərabər olub.

İstehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.