Danimarka bankları ərəb ölkələrinin neft fondlarına səhvən pul qaytarıb

2019.09.25 19:01 (UTC+04:00)

Danimarka mediasında yayılan xəbərlərə görə, birbaşa şeyxlərin və onların ailələrinin nəzarətində olan bir neçə neft fondu səhv ucbatından Danimarka banklarından mənfəət vergisinin əvəzləşdirilməsi qismində böyükhəcmli ödənişlər alıblar. Danimarkanın Vergi İdarəsinin məlumatına əsasən, Yaxın Şərq fondlarından ikisi özlərinin xarici dövlətə mənsub olduqlarını dəqiqləşdirməyib ki, bunun da nəticəsində onlar "sərbəst vergi subyektləri" kimi qəbul edilib. Bu cür subyektlər isə yerli qanunvericiliyə əsasən, mənfəət vergisinin qaytarılması hüququna malikdir.

Aparılmış dəqiqləşdirmələrə əsasən, söhbət Səudiyyə Ərəbistanına və Küveytə aid iki fonddan gedir. Bu qurumlar dünyanın ən zəngin neft fondları hesab edilirlər. Danimarkanın Vergi İdarəsinin icraçı direktoru Kennet Yönsen bəyan edib ki, burada hər hansı fırıldaqdan söhbət gedə bilməz: "Bu, idarənin səhvi olub".