Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər" mövzusunda ekonoton keçirilib. Təqdimatın ardınca İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum bank müştəriləri arasında təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi, elektron ticarətin inkişafı məqsədilə müvafiq bank məhsullarının yaradılması, birgə marketinq tədqiqatlarının aparılması, sahibkarlar arasında nağdsız ödənişlərin təşviqi məqsədilə müştərək layihələrin icrası və s. məsələlər üzrə birgə fəaliyyəti nəzərdə tutur.
İmzalanma mərasimindən sonra maliyyə resurslarının yerli startaplar üçün əlçatanlıq səviyyəsi, bu sahədə mövcud olan problemlər, beynəlxalq bazarlara çıxış, startaplar üçün vergi sistemi, startaplarla investorların görüşü, yerli investorların startaplara investisiya qoyuluşuna təşviqi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.