Ötən ay dəniz nəqliyyatı ilə 93,2 milyon dollarlıq yük daşınıb

2019.09.25 17:23 (UTC+04:00)

Ötən ay dəniz nəqliyyatı ilə ümumilikdə 162 min 9 ton yük daşınıb, bu yüklərin dəyəri isə 93 milyon 213 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, avqustda dəniz nəqliyyatı ilə ixrac olunan 14 min 89 ton yükün dəyəri 7 milyon 690 min dollar, bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 147 min 920 ton, dəyəri isə 85 milyon 522 min dollar təşkil edib.