Avqust ayında 2,2 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2019.09.25 15:36 (UTC+04:00)

Avqustda Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 2 milyard 200 milyon 452 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi həcminin 948 milyon 260 min dolları idxalın, 1 milyard 252 milyon 192 min dolları isə ixracın payına düşür.