İngiltərədə orta əsrlər ənənəsi davam etdirilir

2020.01.17 13:10 (UTC+04:00)

İngiltərənin Cənub-Şərqindəki High Wycombe qəsəbəsində orta əsrlərdən bu günə qədər maraqlı bir ənənə davam etdirilir. Qəsəbənin bələdiyyə sədrlərini vəzifə başına gələndə və vəzifə müddəti tamamlananda meydanda xalqın gözü qarşısında tərəziyə çıxarıb çəkirlər. Bu adət qəsəbənin bələdiyyə sədrlərinin xalqdan yığılmış vergiləri "qarınlarına axıtmadığını" sübut etmək məqsədi daşıyır. Bələdiyyə sədrinin xüsusi tərəziyə çıxması üçün hər il qəsəbədə may ayının şənbə günlərindən birində xüsusi mərasim keçirilir.