Rusiyada elektron siqaret üçün vergi tətbiq olunub

2019.09.25 13:47 (UTC+04:00)

Rusiya Federasiyasının Dövlət Duması elektron siqaretlərin bütün növləri, eləcə də tütünqızdırma avadanlığı üçün vergi tutulamasını əhatə edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 2020-ci il yanvarın 1-dən elektron siqaretlərin bütün növlərinə aksiz tətbiq olunacaq. Hər siqaret üçün aksizin dərəcəsi 50 rubl (1,32 manat) olacaq. 2021-ci ildə bu hədd 52 rubla (1,38 manat), 2022-ci ildə isə 54 rubla (1,43 manat) qaldırılacaq. Hazırda aksiz yalnız birdəfəlik istifadə olunan tütünqızdırma avadanlığına tətbiq edilir. Aksizin dərəcəsi hər məhsul üçün 48 rubldur (1,27 manat). Parlamentdə müzakirələr zamanı vergitutma baxımından tütünqızdırma sistemlərinin siqaretə bərabər tutulması müzakirə edilmişdi.