Bu ilin avqustunda Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 562 milyon 854 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 119 milyon 915 min dollar təşkil edib.