Ötən ilin nəticələrinə görə, SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları 71.055 min ton təşkil edib ki, bu da 2017-ci ilin nəticələri ilə müqayisədə 1,3 faiz çoxdur. "APA-Economics"in SOCAR-ın Davamlı inkişaf üzrə hesabatına istinadən verdiyi məlumata əsasən, 2018-ci ilin nəticələrinə görə, şirkətin təsdiq olunmuş qaz ehtiyatları 45.692 mln. kubmetr olub. Hesabata əsasən, 2018-ci ildə şirkət 7.542,3 min ton neft (1,6 faizlik artım) və 6.525,6 mln. kubmetr qaz (7,2 faizlik artım) hasil edib.
SOCAR-ın ölkə hüdudlarında və eləcə də Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ötən il hasil etdiyi neftin 6.255,9 min tonu "Azneft" İB-nin, 1.286,4 min tonu isə Şirkətin payçı olduğu yataqların payına düşüb.
2018-ci il ərzində quru və dəniz sahələrində ümumilikdə 65 yeni hasilat quyusu, fəaliyyətsiz quyu fondundan isə 94 quyu təmir edilib istismara təhvil verilib. Hesabat ilində şirkət emal üçün 6.090,5 min ton (artım 4,7%) neft və 2.952,2 mln. kubmetr qaz (1,2% artım) göndərib.