Bakıda mikromaliyyə konfransı və İnvestorlar Yarmarkası keçiriləcək

2019.09.25 11:46 (UTC+04:00)

Oktyabrın 4-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Bakıda "Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf" adlı konfrans keçirəcək. Həmin gün iki ildən bir keçirilən sayca 6-cı İnvestorlar Yarmarkası da olacaq. Tədbirlər dövlət qurumlarının, xarici və yerli investorların, bankların, bank olmayan kredit təşkilatlarının, lizinq şirkətlərinin, mikromaliyyə qurumlarına xidmət göstərən şirkətlərin nümayəndələrini bir araya gətirəcək.