Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-da 1.803,67 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Naxçıvan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM isə 1,9 faiz artaraq 3.945 manat olub. Naxçıvan iqtisadiyyatında ilk yeri sənaye tutur. Bu sahədə 742,933 milyon manatlıq ÜDM istehsal edilib ki, bu da illik müqayisədə 1,2 faiz çoxdur.