Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi dəyəri 1.828.138,37 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 351.138,07 min dollar və ya 23,77 faiz çoxdur. Bu ilin 8 ayında iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 7,98 faizə bərabər olub.
Bu ilin 8 ayında Azərbaycanın Rusiyaya icracının həcmi 457.742,47 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 45.778,67 min dollar və ya 11,1 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın Rusiyadan idxalı isə 1.370.395,9 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 305.359,39 min dollar və ya 28,67 faiz çoxdur.
Azərbaycanın şimal qonşusu ilə ixracdakı payı ümumi ixracın 3,39 faizinə, idxaldakı payı isə ümumi idxalın 14,61 faizinə bərabərdir.