Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi "Prezidentin sosial və kadr islahatları ictimai rəydə" mövzusunda konfransda çıxış edib. Bildirib ki, bu il Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılıb: "Başqa sözlə, minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırılıb. Bu da bir milyon 350 min insanı əhatə edir. İl ərzində özünüməşğulluq proqramında 10 min vətəndaş iştirak edir. İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım olub, ilin əvvəlindən 14 mindən çox şəxsə elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə olunur ".