Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF – Azerbaijan Deposit Insurance Fund) mərkəzləşdirilmiş multibank və kreditlərin yığımı sisteminin təkmilləşdirilməsi üzrə işlər aparır. "APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasi müzakirələrdə iştirak edən ADIF-in maliyyə departamentinin direktoru Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, bu, Fond tərəfindən informasiya texnologiyaları sahəsində aparılan yeni işlərdən biridir: "Sistemin təkmilləşdirilməsi nəzarəti asanlaşdıracaq. Bunun sayəsində də hər hansı hesabat lazım olduqda onu operativ şəkildə əldə etmək mümkün olacaq".