Dünən baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında" məsələ müzakirə olunub.
Müzakirələrdən sonra Nazirlər Kabineti 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini Prezident Administrasiyasına göndərib.