RƏQƏMLƏR

2019.01.11 09:07 (UTC+04:00)

Əmanətlərin Sığortalanması Fondu 2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə bu il yanvarın 1-dək 824,3 milyon manat kompensasiya ödəyib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99 faizini təşkil edir.