Ölkəmizdə elektrik enerjisinin istehlakı artıb

2019.09.23 17:56 (UTC+04:00)

Azərbaycanda 2018-ci ildə bütün təsərrüfat subyektləri tərəfindən 21,6 mlrd. kVt-saat elektrik enerjisi istehlak edilib ki, bu da 2017-ci illə müqayisədə 3,3 faiz çoxdur. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 2.099,5 mln. kVt-saat elektrik enerjisindən istifadə edilib (artım 5%).

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,6 faiz artaraq 23,24 mlrd. kVt-saat təşkil edib.