Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard 700 milyon dollardan çox olub

2019.09.23 16:33 (UTC+04:00)

Cari ilin 8 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, İran və Qazaxıstan olub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, hesabat dövründə ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard 714 milyon 88 min ABŞ dolları, İranla 367 milyon 617 min dollar, Qazaxıstanla isə 168 milyon 273 min dollar təşkil edib. Hər üç ölkə ilə ticarət dövriyyəsi ötən ilin eyni aylarına nisbətən artıb. Artım Türkiyə ilə 628 milyon 192 min dollar, İranla 169 milyon 324 dollar, Qazaxıstanla 16 milyon 449 min dollar təşkil edib.