Azərbaycanda benzin istehlakı artıb

2019.09.23 16:02 (UTC+04:00)

Azərbaycanda 2018-ci ildə avtomobil benzinin istehlakı 1,3 mln. ton təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 0,7 faiz çoxdur. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən il ölkədə dizel yanacağının istehlakı əvvəlki ilə nisbətən 1 faiz azalaraq 1,3 mln. tona yaxın olub. Bundan başqa, 2018-ci ildə Azərbaycanda maye qazın istehlakı illik müqayisədə 20,2 faiz artıb və 154,4 min ton təşkil edib.

Əsas növ neft emalı məhsullarının istehlakı (min ton):

Məhsul

2018-ci il

2018-ci il 2017-ci ilə nisbətən, faizlə

Avtomobil benzini

1.296,6

100,7

Dizel yanacağı

1.299,4

99

Neft-kimya sənayesində istifadə üçün benzin

201,3

111,2

Aviasiya üçün və sair ağ neft

394,7

119,1

Neft bitumu

283,2

122,7

Maye qaz

154,4

120,2

Sürtkü yağları

48,4

113,1