Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1.851,7 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən dövr ərzində ölkədə hava nəqliyyatı ilə sərnişin daşımalarının 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata əsasən, yanvar-avqust aylarında bu nəqliyyat növü ilə yükdaşıma 6,4 faiz azalaraq 126,6 min ton olub.