İlkin məlumatlara əsasən 2019-cu il sentyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 191,2 min nəfər olub. Onlardan 4 milyon 939,1 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il avqustun 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 180,1 min nəfər təşkil edib.
2019-cu il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 613,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,4 min nəfər, qeyri-dövlət sektorunda isə 711,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1579,1 min nəfər çalışıb.
2019-cu il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı isə 70,9 min nəfər olub. Onların 35,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub. Bakıdan sonra ən çox işsiz şəxslər Sumqayıt, Şəmkir , Agdam və Salyanda qeydə alınıb. İşsizlikdən sığorta ödənişi alanların sayı isə Bakı istisna olmaqla ən çox Sumqayıt, Gəncə, Mingəçevir, Qubadlı və Zəngilanda olub. İqtisadi zonalar üzrə bölgüdə işsizlikdən sığorta ödənişi ən çox Bakı, Aran zonası, Abşeron və Kəlbəcər-Laçın zonasındakı işsiz vətəndaşlara verilib.
|
İşsiz şəxslərin sayı, nəfər |
onlardan işsizlikdən sığorta ödənişi alanlar |
Ölkə üzrə – cəmi |
70.947 |
638
|
Bakı şəhəri |
28.980 |
385 |
Abşeron iqtisadi rayonu |
6.956 |
56 |
Gəncə-Qazax iqtisadi rayonu |
10.528 |
36 |
Şəki-Zaqatala iqtisadi rayonu |
2.328 |
15 |
Lənkəran iqtisadi rayonu |
3.078 |
10 |
Quba-Xaçmaz iqtisadi rayonu |
2.828 |
10 |
Aran iqtisadi rayonu |
9.090 |
70 |
Yuxarı Qarabağ iqtisadi rayonu |
3.612 |
8 |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
1.423
|
41 |
Dağlıq Şirvan iqtisadi rayonu |
2.124 |
7 |
Naxçıvan Muxtar Respublikası |
- |
- |