Fransanın keçmiş prezidenti uşaqlıq yoldaşını çətin anda tək qoymayıb

2019.09.23 13:47 (UTC+04:00)

Fransanın Levallois-Perret şəhərinin bələdiyyə sədri, keçmiş millət vəkili 71 yaşlı Patrik Balkani və həyat yoldaşı dörd milyon avro məbləğində vergi yayındırmaq ittihamı ilə cavabdeh kimi bir neçə gün əvvəl vergi məhkəməsi qarşısına çıxarılıb. Dörd il həbs cəzasına məhkum edilən Patrik Balkaniyə Fransanın sabiq Prezidenti Nikolas Sarkozi öz dəstəyini bildirib. "Onun üçün narahatam, insanları çətin günündə tək buraxmaq lazım deyil. İnsanlıq göstərmək heç kimə ziyan yetirməz. Siyasət və media həyatından yaxşı xəbərim var, bir az problemin çıxanda yanında heç kim qalmır", - deyib.

Balkanini "uşaqlıq yoldaşı" kimi təqdim edən Sarkozi Balkoni ailəsinin öz gücləri ilə düşdükləri çətinlikdən çıxacaqlarına əmin olduğunu bildirib.