Beş ildən sonra ARDNF-in aktivləri 44 milyard dollara çatacaq

2019.09.23 12:50 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2024-cü ilin yekunlarına görə 43,942 mlrd. ABŞ dollarınadək artacağını proqnozlaşdırır. "APA-Economics"in IMF-in dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ilin sonuna ARDNF-in aktivləri 40,986 mlrd. dollar, 2020-ci ildə – 42,421 mlrd. dollar, 2021-ci ildə – 43,361 mlrd. dollar, 2022-ci ildə – 43,746 mlrd. dollar, 2023-cü ildə isə 43,883 mlrd. dollar təşkil edəcək.

IMF tərəfindən ARDNF-in 2019-cu il üçün aktivləri neftin bir barelinin orta qiymətinin 63,5 dollar, 2020-ci ildə – 59,9 dollar, 2021-ci ildə – 58 dollar, 2022-ci ildə – 57,2 dollar, 2023-cü ildə – 57,2 dollar, 2024-cü ildə isə 57,6 dollar olacağı təqdirdə hesablanıb.

Qeyd edək ki, 2018-ci ilin yekunlarına görə, Fondun aktivləri 38,515 mlrd. dollar olub və IMF-in proqnozuna əsasən, 2025-ci il üçün bu göstərici 14 faiz artacaq.