Azərbaycanda 2020-ci ildə ÜDM-in artım tempi 2,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır. "APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) dərc etdiyi yeni hesabatda deyilir.
Hesabata əsasən, 2019-cu ildə ölkə iqtisadiyyatı 2,7 faiz, 2020-ci ildə isə 2,1 faiz artacaq. Bununla yanaşı, Azərbaycanın qeyri-neft ÜDM-in artım tempi bu il 2,8 faiz, 2020-ci ildə isə 2,7 faiz, neft ÜDM-in artım tempi isə müvafiq olaraq 2,5 faiz və 1,2 faiz təşkil edəcək.