Bu ilin 8 ayında 11 min 381 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, hesabat dövründə ixrac edilən piylər və yağların dəyəri 11 milyon 653 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 10 milyon 259 min dollarlıq 10 min 818 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.