Bu il ölkəyə süd idxalı artıb

2019.09.23 10:29 (UTC+04:00)

Yanvar-avqust aylarında ölkəyə 5 min 667 ton süd idxal edilib. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə idxal edilən südün dəyəri 9 milyon 370 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni aylarında 7 milyon 400 min dollarlıq 5 min 260 ton süd idxal edilib.