Xaricə gedən azərbaycanlılar daha çox dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

2019.09.23 10:13 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, xarici ölkələrə səfər edən vətəndaşlarımızın 17,1 faizi hava, 0,7 faizi isə su nəqliyyatına üstünlük verib.