Yeddi ayda Azərbaycana idxal olunan məhsulların 43,2 faizi avtomobil, 33,3 faizi hava nəqliyyatı ilə daşınıb

2019.09.21 16:34 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycana idxal olunan məhsulların 15,7 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 7 ayda idxalın 43,2 faizini avtomobil, 33,3 faizini hava, 5,1 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklər təşkil edib.