Sumqayıt və Gəncə şəhərlərində də sosial evlər tikiləcək

2019.09.21 13:48 (UTC+04:00)

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən paytaxtla yanaşı, digər şəhər və regionlarda da yaşayış kompleksinin inşası nəzərdə tutulub. MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, komplekslərdən biri Sumqayıt şəhərində reallaşdırılmaqdadır. Şəhərdə 0,76 hektar torpaq sahəsində iki 9 mərtəbəli, 2 bloklu binanın tikintisi planlaşdırılıb. Ümumilikdə isə bu binalarda 144 mənzil olacaq. Artıq tikinti işlərinə başlanılıb.

Digər yaşayış kompleksi isə Gəncə şəhərində inşa ediləcək. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yerləşən 6,23 hektar sahəsində çoxmənzilli binaların və 1170 yerlik tam orta məktəb binasının tikintisi planlaşdırılıb.