Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın Çinlə apardığı ticarət dövriyyəsinin həcmi 1.543,4 mln. dollar təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artıb. "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına əsasən verdiyi məlumata görə, eyni zamanda, hesabat dövründə ixracın həcmi 21 dəfə artaraq 693,7 mln. dollara, idxalın həcmi isə 17,9 faiz artaraq 849,7 mln. dollara bərabər olub.
Bu ilin yanvar-avqust aylarında Çinlə ticarət dövriyyəsində 158 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 4,4 dəfə azdır.