Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,3 mlrd. barelə yaxın neft yola salınıb. Bu barədə "APA-Economics" BIL-a istinadən xəbər verir. Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır. Məlumata görə, hesabat dövründə terminaldan 4.300 tanker AÇG nefti ilə yüklənib. Bu il (sentyabrın 20-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 172,32 mln. barel neft və 215 tanker yüklənib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.