Azərbaycanda POS-terminalların sayı 0,7 faiz artıb

2019.01.10 18:01 (UTC+04:00)

2018-ci ilin ötən 11 ayı ərzində Azərbaycan ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq 65,912 min ədəd təşkil edib. POS-terminalların 38,602 mini Bakı şəhərində, 27,31 mini isə regionlarda yerləşir. Mərkəzi Bankın məlumatına görə, pərakəndə ticarət obyektlərində 64,517 min ədəd POS- terminal quraşdırılıb ki, bu da bütün POS-terminalların 97,9 faizi deməkdir.
2018-ci ilin qeyd olunan dövrü ərzində banklar tərəfindən 2,49 min ədəd bankomat quraşdırılıb ki, onların da 1,322 mini Bakıda, 1,168 mini isə bölgələrdə fəaliyyət göstərir.