Ödəniş kartları bazarında innovasiyaların tətbiqi müzakirə olunub

2019.09.20 10:38 (UTC+04:00)

Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, sentyabrın 19-da "Ödəniş sistemləri və alternativ xidmət kanalları" üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib. Görüşdə ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlarda tətbiq olunan "interçeync" xidmət haqları, "Visa Inc" beynəlxalq kart təşkilatının xidmət haqları üzrə bərabər rəqabət mühitinin qorunmasına dair mövqeyi müzakirə edilib. Həmçinin "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na ediləcək dəyişikliklər layihəsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılaraq ödəniş kartları bazarında innovasiyaların tətbiqinə toxunulub.