"Brexit" Britaniya iqtisadiyyatına böyük itkilər hesabına başa gəlir

2019.09.19 18:51 (UTC+04:00)

Polşanın Böyük Britaniyadakı səfiri Arkadi Jeqotski Polşa vətəndaşlarına "Brexit"dən sonra bu ölkəni tərk etmək barədə düşünməyi tövsiyə edib. O, Polşada həyat səviyyəsinin yaxşılaşdığını və geri qayıtmaq üçün çox yaxşı fürsət yarandığını söyləyib. Səfir İngiltərədə yaşayan polyakları ya yaşadıqları ölkədə vətəndaşlıq statusu üçün müraciət etməyə, ya da geri qayıtmaqla gələcəklərini təmin etməyə çağırıb. Qeyd edək ki, Polşa 2004-cü ildə Avropa İttifaqına üzv olduqdan sonra bu ölkədən İngiltərəyə miqrasiya artıb. Həmin dövrdə Polşada işsizlik səviyyəsi təxminən 20 faiz, gəlirlər İngiltərədəkindən dörd qat aşağı idi.