"Bəyannamə Tərtibatı Proqramı"nın yeni versiyası təqdim olunub

2019.01.10 16:15 (UTC+04:00)

Vergilər Nazirliyi "Bəyannamə Tərtibatı Proqramı"nın (BTP) yeni versiyasını (v3.8.5) təqdim edib. Yeni proqram özündə vergi bəyannamələri ilə yanaşı, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta hesabatlarının da hazırlanması imkanlarını cəmləyir.
"Bəyannamə Tərtibatı Proqramı" e-Bəyannamə sisteminin tətbiqindən faydalana bilmək üçün yaradılıb və İnternet Vergi İdarəsi saytının (e-taxes.gov.az) müvafiq bölmələrində yerləşdirilib. Yeni BTP proqramını buradan sisteminizə yükləyə bilərsiniz.