Azərbaycana investisiya yatırmaq istəyən xarici investorlar üçün "Invester in Azerbaijan" layihəsi…

2019.09.19 17:08 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara kömək məqsədilə "Invester in Azerbaijan" layihəsini hazırlayıb. Bu barədə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev sentyabrın 19-da keçirilən IX Beynəlxalq "Caspian Energy Forum Baku – 2019"da məlumat verib: "Layihə Azərbaycana investisiya yatırmağı planlaşdıran xarici investorlara kömək, həmçinin onlarla çalışacaq yerli şirkətlər üçün biznes planların hazırlanmasında yardım göstərilməsini nəzərdə tutur. Hazırda layihəni təsdiq üçün müvafiq strukturlara təqdim etmişik".